Kenqurular "erməni soyqırımı"nı tanıyır


Böyük Britaniyanın “Guardian” nəşri xəbər verir ki, Sidneydə yerləşən erməni apostol kilsəsinin din xadimləri – yepiskop Aykazun Nadcaryan və diakon Nşan Basmadcyan yerli əhalinin (aborigenlərin) yaşadığı Avstraliyanın şimal rayonlarını ziyarət edib.

Erməni dindarlar qədim Ladcamanu icmasının baptist kilsəsində yerli din xadimləri ilə birgə erməni xaçkarları quraşdıraraq aborigenlərə qarşı törədilən soyqırım zaman ölənlərin xatirəsinə dini ayin keçiriblər.

Hər iki kilsənin nümayəndələri, həmçinin erməni və Avstraliya xalqına qarşı törədilən “soyqırımların” beynəlxalq birlik tərəfindən tanınması üçün birgə mübarizə aparmaq barədə yazılı bəyanatda imzalayıblar.

 Növbəti “soyqırım” ayinlərinin kenqurular, koala və ördəkburunlarla keçiriləcəyi gözlənilir.



Tarix: 10.12.2016

11919