Bizi kocmosa kimlər buraxmır?


Nə üçün biz dünya səviyyəli elmi, bədii əsərlər yaza bilmirik, xalqxın alimlərinə qoşulub Marsa, heç olmasa, budu burdan-bura aya uça bilmirik?

Şair bunun səbəblərini sadalayır: "Uşaq doğuldu – gözaydınlığı məclisindəsən, sünnət oldu – gözmuncuğu məclisindəsən, birinci sinifə getdi – ayallahsaxlasın məclisindəsən, əsgərliyə getdi – yolasaldı məclisindəsən, əsgərlikdən gəldi – sağgəldi məclisindəsən, insituta girdi – uğurolsun məclisindəsən, qovuldu – keçmişolsun məclisindəsən. Rəhmətə gedən var – biri, üçü, yeddisi, qırxı, ili gedib yarım saat gözə görünməkçün neçə kilometr yol ölçməlisən. Həccə gedən var – gedib görməlisən, Həccdən gələn var – əmvatına bir salavat, qaça-qaça gedib görməlisən. Evlənən var – nişanı, xınayaxdısı, kəsmətkəsdisi, ciyəraxşamısı, toyu, toydan sonra ayaqaçdısı – hamısında olmalısan. Xəstələnən var – baş çəkməlisən, sağalan var – baş çəkməlisən". 

İndi bunlardan sonra kosmosa üçmağa vaxt qalar adamda? 



Tarix: 04.11.2016

6720