Cəhənnəmdən canlı bağlantı


Elm artıq yerdən milyon kilometr uzaqlıqda olan ulduzlarla əlaqə yarada bilib, deyən lazımdır ki, a kişilər, burdan-bura öz ölülərimizlə bir əlaqə yaradın, bir rabitə vasitəsi kəşf edin.

Yüz min il işıq məsafəsindəki ulduzdan elə canfəşanlıqla danışırıq, sanki, sabah yığışıb ora xeyir işə gedəcəyik. Ancaq bilə-bilə ki, hamımız gec-tez bu rəhmətliklərin yanında olmalıyıq, bir alim bu işlə maraqlanmır. Bir soruşaq, öyrənək, bəlkə, burdan nəsə aparmaq lazımdır özümüzlə, bəlkə, ordakıların burdakılara deyəcəyi sözü var. Dirənmişik ki, yoxe, Marsda su tapacağıq. 



Tarix: 26.10.2016

8376