
“Görəsən, Qərb Yaxın Şərqdə səpdiyi xaosun əvəzində müsəlmanlara demokratiya verə biləcəkmi?”
Livan əsilli yazıçı Amin Maloof 1983-ci ildə çap edilən “Ərəblərin gözüylə xaç yürüşləri” kitabı ilə dünyada məşhurlaşdı. Bu kitab çevrildiyi başqa dillərdə də böyük uğur qazandı.
“Afrikalı Leo” əsəri “Fransız - Ərəb Dostluq Mükafatı”na layiq görüldü, “Səmərqənd” romanı isə oxucular tərəfindən coşquyla qarşılanaraq dünyanın bir çox dillərinə çevrildi.
Bu kitab Amin Maloofa ən böyük şöhrət gətirən əsəridir.
Məşhur yazıçı oxunaqlı romanlar müəllifi olmaqla yanaşı, bir neçə librettonun da müəllifidir. Bir-birindən gözəl tarixi romanlar yazan məşhur yazıçı hal-hazırda Parisdə yaşayır.
Onun digər əsəri isə dinlə bağlıdır - “Şəxsiyyət haqqında”. Bu əsərində o, islam və xristianlıqda mövcud olan tolerantlıq barədə geniş məlumat verib. Bu fikirlərin bir qismini təqdim edirik.
İslam - tolerantlığın beşiyi
Heç bir din dözümsüzlükdən azad deyil. Lakin rəqabət aparan dinləri müqayisə etsək görərik ki, islam təqdim etdikləri kimi o qədər də pis deyil.
Əgər mənim əcdadlarım müsəlman olsaydı və onların yaşadıqları kənd və şəhər xristianlar tərəfindən işğal edilsəydi əminəm ki, onların öz dinlərinə sadiq qalmalarına və öz yurdunda min il yaşamalarına imkan verilməzdi. İmkan nədir, heç şərait belə yaradılmazdı. Məsələn, İspaniyada yaşayan müsəlmanların taleyi necə oldu? Və ya Siciliyada? Onların hamısını ölkədən qovdular, öldürdülər, əzab-əziyyətə düçar etdilər, bəzilərini isə məcburən xristian olmağa məcbur etdilər.
İslam yaranışından digərləri ilə birgə və həmrəy olaraq yaşamaq qabiliyyətini nümayiş etdirdi. XIX əsrdə müsəlman imperiyasının paytaxtı İstanbulda əhalinin yalnız bir qismi islam dinini qəbul edən şəxslər idi. Daha çox yunan, erməni və yəhudilər var idi. London, Paris, Vyana və ya Berlinin əhalisinin yarısından çoxunun xrsitian olmadığını düşünə bilərsinizmi? Hətta bu gün bir çox avropalılar namaza çağırış barədə duaları eşitsələr şoka düşərlər.
Əsrlər boyu tolerantlıq lideri olmuş islam dini hazırda geridə qalıb. Bu dəyişiklik şimal və cənubun mənəvi güclərinin balansı nəticəsində pozulub və bəzilərinin düşündüyü kimi geri dönüşü olmayacaq. Bütün hallarda islam mənim üçün digər mədəniyyətlərlə birgə mövcudluğu və səmərəli əməkdaşlıq üçün böyük potensiala malik olan dindir.
Biz tarixi tamamilə unutmuşuq. Bizim dövrümüzdə islam zəif ola bilər. Lakin xristianlığın dünyada lider və ya tolerant olduğunu deyə bilərikmi?
Bundan öncə bildirmişdim ki, müsəlmanlar Avropanın müasir yəhudilərinə çevrilib. Bu düşüncəm bir çox oxucularda qıcıq yaratmışdı. Müasir dünyada müsəlmanları qaz kamerlarına göndərməslər də onları yəhudilər kimi günah keçisinə çeviriblər.
Onlar diskriminasiyaya, ayrı-seçkiliyə məruz qalır, nifrət üçün obyektə çevrilirlər. Amerikada da anoloji vəziyyətdir. Bu qitədə yaşayan qaradərili müsəlmanlar eyni həyatı yaşayır. Bunun üçün ABŞ prezidentinin müsəlman və ya xristian olması barədə müzakirələrə qulaq asmaq kifayətdir.
Tolerantlıq varmı?
Qərb sivilizasiyasını digərlərindən üstün tutan cəhətlər ortadan qalxmağa başlayıb. Bu elementlər öz mahiyyətini itirir. Düşünürəm ki, Qərb cəmiyyətində müsəlmanlara qarşı yaranmış rasizm, ksenofobiya və səbirsizlik əsl mahiyyətindən kənara çıxıb. Cəmiyyətdə hesab edilir ki, onlar öz “sivilizasiyalarını”nı düşmən qüvvələrdən qoruyurlar. Lakin onlar bununla demokratiyanı qoruduqlarını düşünsələr də demokratiyaya inanların hüquqlarını pozurlar.
Diskriminasiya, rasizm və səbrsizlik, sanki, avtobilin arxa güzgüsü kimidir. Siz təhlükəni yaxınlaşdıqdan sonra görürsünüz. İslamofobiya - bu gün Qərb sivilaziyasının ən böyük və təhlükəli işartısıdır.
Biz antisemitizimin insanlıq üçün təhlükə olduğunu çox gec anladıq. Görən, islamofobiyanın necə təhlükələr gətirdiyini nə zaman anlayacıq? Görəsən, Qərb Yaxın Şərqdə səpdiyi xaosun əvəzində müsəlmanlara demokratiya verə biləcəkmi? Qərb ölkələri bəzi prinsiplərlə bağlı hərəkət edir. Ancaq bu prinsipləri başqa ölkələrlə olan əlaqələrində tətbiq etmirlər.
Hazırladı: Günəş Fərhadlı
Tarix: 07.09.2016
