Fırtınadan qaçanlar


“Sərhəddə vəziyyət nisbətən sabitdir”.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib.

Nazirin sözlərinə görə, təmas xəttində ara-sıra atəş səsləri eşidilir: “Biz gərginliyin azalması üçün səylər göstəririk”. 

“Vəziyyətin sakitləşməsi fırtınadan öncəki səssizliyi xatırladırmı?” sualına Ohanyan belə cavab verib:

“Ermənistan ordusu həmişə sayıqdır və fırtınaya müqavimət göstərməyə hazırdır”. 



Tarix: 31.08.2016

7839