İnformasiya ilə müəllif fikrini ayıra bilməyən jurnalistikamız


Bu gün cinayətkar aləmi, az qala, ən düzgün vətəndaşlardan ibarət bir zümrə kimi təqdim edən bəzi media orqanları anlamalıdırlar ki...

İctimai dəyərlərin formalaşmasında mətbuatın rolu danılmazdır. Söhbət hansısa cinayət törətmiş insanın şəxsi keyfiyyətlərindən getmir. Bu cür insanları, onların həyat tərzini turajlamaqla, gündəmin bir nömrəli mövzusuna çevirməklə, əslində, cəmiyyətə hansı ziyanı vurduğumuzu, yalnış dəyərləri formalaşdırmağımızı, yeni-yeni cinayətlərin baş verməsinə, həbsxanada cəza çəkənləri özünə nümünə sayan, gənclərin yetişməsinə şərait yaratdığımızın fərqində deyilik. Bu gün cinayətkar aləmi, az qala, ən düzgün vətəndaşlardan ibarət bir zümrə kimi təqdim edən bəzi media orqanları, jurnalistlər anlamalıdırlar ki, onlar özlərinə hava, su kimi lazım olan söz, fikir  azadlığını hər hansı “yaxşı oğlan”ın “razborkasına” görə yox, indiyə qədər yaşamış fikir, sənət adamlarının yaradıcılığı, əməyi nəticəsində qazanıblar və informasiya müəllif fikri deyil. Haqq, ədalət tərəfdarı olan bir jurnalist, bir yazı adamı bunu da unutmamalıdır!   



Tarix: 20.08.2016

13320