Pəncərədən xaş gəlir...


Bir də görürsən yol getdiyin yerdə göydələnin kəlləsindən kimsə özünü atdı, əvvəl yazığın halına acıyırsan ki, nə bədbəxt insan imiş.

Amma bir az keçir, pəncərədən gələn yavaş-yavaş yerə yaxınlaşır, baxıb görürsən ki, bu insan yox, içi zir-zibillə dolu nəhəng torbadır.

Bir az da keçir, torba küçənin ortasına düşüb dağılır, ətrafı üfunət iyi bürüyür və yalnız indi əmin olursan ki, bu heç torba da deyil, bu, bir insan mənəviyyatsızlığıdır.



Tarix: 19.08.2016

18960