Puşkinin izi kral ailəsində


Böyük rus şairinin nəsli Böyük Britaniya kral ailəsinə necə gəlib çıxıb?

Britaniyada sərvətinə görə 3-cü insan, Vetsminster hersoqu Cerald Kavendiş Qrosvenor 65 yaşında vəfat etdi. Forbes-un Dünyanın ən varlı adamları siyahısında 68-ci yeri tutan hersoqun 14 milyard dollarlıq (9 milyard funt sterlinq) sərvəti var.

6-cı Vestminster hersoqu Kavendiş avqust ayının əvvəlində  Prestondakı Kral Hospitalında keçinib. O, qəflətən özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılmışdı. Hersoqun varidatının əsası Londonda Bukinhem sarayından cənub-qərbdə yerləşən, şəhərin ən bahalı rayonlarından biri sayılan Belqreyvdəki torpaq və daşınmaz əmlakdı. Hersoqun qonşuluqdakı Meyfeyrdə də malikanələri və əraziləri vardı.

Vestminster hersoqu titulunu 1874-cü ildə kraliça Viktoriya təsis etmişdi. Cerald Kavendiş bu titula 1979-cu ildə yiyələnmişdi. İndi mərhumun dörd övladı qalıb. Lakin hersoqun titulu və bütün varidatı böyük oğluna, 25 yaşlı Hyu Riçard Lui Qrosvenora qalıb. Bununla da 25 yaşlı oğlan Böyük Britaniyanın ən cavan milyarderi adını qazanıb. İddia edilir ki, cavan milyarder Rusiyanın dahi şairi Aleksandr Puşkinin nəslinin nümayəndəsidir.

 Hyunun anası Natalya Qrosvenor - mərhum şahzadə Diananın rəfiqəsi olmaqla yanaşı, Britaniya şahzadəsi, prins Uilyamın xaç anasıdır. Qəribədir Uilyam və Keyt Middiltonların Corc adlı oğlan övladları dünyaya gələndə məhz ona uşağın xaç anası olması təklif edilmişdi. Lakin Vestminster hersoqunun dul qadını daha çox özünün rus kökənli olması ilə məşhurdur. Belə ki, Natalya və Hyu böyük rus şairi Aleksandr Puşkinin nəslidəndilər.

 

Böyük rus şairinin nəslinin Böyük Britaniyaya gəlib çıxması da müəyyən mənada qarışıqdır.  Onların “Kök Ağac”ında afrikalı Abram Petroviç Qannibaldan tutmuş, Romanovlar ailəsi və Britaniya kral ailəsinin nümayəndlərini görmək olar.

Şairin Böyük Britaniyadan olan nəslinin nümayəndləri onun adını hörmətlə anır və daima uca tutmağa çalışırlar. Puşkinin böyük kötücəsi Nataliya Qrosvenorun böyük bacısı, Aberkorn hersoqu Aleksandra Anastasiya Fillips hazırda Şimali İrlandiyada yaşayır. Öz pulu hesabına təsis etdiyi “Puşkin mükafatı”nı hər il Birləşmiş Krallıqda yüksək ədəbi fəaliyyətlə məşğul olan şagirdlərə təqdim edir. Qaliblərə hər il xüsusi mükafat  - Sankt-Peterburqa səyahət imkanı verilir. Nataliyanın digər bacısı Marita Krouli bacılar arasında incəsənətə bağlılığı ilə seçilir. O, Demis Russosun müsiqiləri üçün sözlər yazıb, “Şair və Şah” adlı operasını Aleksandr Puşkinə ithaf etmişdi.

 

 

Maraqlı olan odur ki, bəs Puşkinin nəslinin nümayəndələri Böyük Britaniyaya necə köçüb və kral ailəsinin üzvü necə olub? Hər şey şairin qızı Nataliyadan başlayır. Təbii ki, Daşa atasını xatırlaya bilməz. Çünki atası dueldə öldüyü zaman o 8 aylıq idi. Qız böyüdükcə gözəlliyi ilə üzərinə diqqətləri cəlb edirdi. Lakin ilk ailə həyatı düşərli olmadı. Belə ki, onun ərinin qumar asılılığı vardı. Çox böyük çətinliklə boşanmağı bacardı. Düşünürdü ki, bir daha xoşbəxtlik onun qapısını döyməyəcək.

1856-cı ildə Nataliya Aleksandrovna Nassau sülaləsinin alman şahzadəsi Nikolay Vilqelmlə tanış olur. Şahzadə Aleksandr II-cinin tac qoyma mərasiminə gəlmişdi.  Bir-birilərindən xoşlanan gənclər bütün gecə rəqs edirlər. Onların gizli romanı sonda rəsmi evlənmə ilə bitir. Lakin evlilik səviyyə baxımından eyni hesab edilmirdi. Belə ki, Natali əlahəzrət adlana bilməzdi. Buna baxmayaraq o, Merenberq qrafinyası adına layiq görülür. Puşkinin qızı ömrünün sonuna kimi Visbadendə yaşadı və 1913-cü ildə orada vəfat etdi.

Nataliya Puşkinin Nassau prinsi ilə övladlarının da çox qəribə həyatı olub. Sofiya fon Merenberq 1891-ci ildə I-ci Nikolayın nəvəsi II-ci Nikolayın qardaşı böyük knyaz Mixail Mixayloviç Romanovla ailə həyatı qurdu. Daha sonra cütlük İngiltərəyə köçür. Onların böyük qızı Nadejda və ya ingilislər tərəfindən Nada adlanıdırlan xanım hazırda Britaniyanın Kraliçası II-ci Yelizavetanın ərinin doğma dayısına ərə gedir. Bununla da Puşkinin ailəsi və Romanovlar sülaləsi kral ailəsinin üzvlərinə çevrilir.

 

 Eyni zamanda Sofiyanın kiçik qızı Ziya (onu evdə Anastasiya adlandırırdılar) böyük sahibkar, almaz maqnatı Harold Vernerlə ailə həyatı qurmaqla adını ölkədə ən varlı qadınların siyahısına salır. Məhz Ziyanın nəvəsi Natalya Vetsminster hersoqu Cerald Kavendiş Qrosvenorla ailə həyatı qurub. Bununla da Puşkinin nəslinin nümayəndəsi hazırda Böyük Britaniyanın ən cavan milyarderi adını qazanıb.

 

 

Yeni milyarder haqqında məlumat çox azdır. 25 yaşlı Hyu özəl məktəbi oxuyub, Oksford universitetini bitirib. Onun valideynləri bütün mümkün vasitələrdən istifadə edib ki, övladlarının  həyatı KİV-lərin səhifəsinə düşməsin. Yalnız bir nüans mətbuatın səhifəsinə düşmüşdü.O da 4 il bundan öncə. Belə ki, Hyu 21 yaşını qeyd etmək üçün 800 nəfərlik məclis təşkil etmişdi. Onun ad günündə olan şəxsləri isə ölkənin məşhur simaları əyləndirirdi. Eyni zamanda milyarder gəncin şəxsi həyatı barədə də məlumat yoxdur.

 

 

Hazırladı: Günəş Fərhadlı



Tarix: 18.08.2016

4693