Adı "düşmən çəpəri"dirsə, uca olmalıdır!


Napoleonu yenən Kutuzovun bir sözü var; kim döyüşdən əvvəl çox tər töksə, döyüşdə bir o qədər az qan tökər.

Amma bəzən valideynlər oğlan uşaqlarını o qədər əzizləyirlər ki, uşaq böyüyüb nə əsgər kimi qan, nə də kişi kimi tər tökməyə yarayır.

 

Döyüşməyi sevməyən xalqlar kimi əsgərliyi sevməyən insanlar da həyatdakı çətinliklər qarşısında çox vaxt başqalarına möhtac olurlar. Əsgərlik təkcə düşmənlə döyüşmək üçün yox, elə həyatda mübarizə aparmaq üçün böyük məktəbdir.

 

 



Tarix: 17.08.2016

26340