Nəcib Məhfuz – Nobel mükafatçısı


 “Dar düşüncə ilə kifayətlənən dindar lənətlənmiş adam kimidir”.

Ərəb dünyasında yeganə Nobel mükafatı laureatı, Misirli yazıçı Nəcib Məhfuz. Yaxın Şərqin Balzakının yazdığı bütün əsərlər Qahirə ilə bağlıdır. O, qocalana kimi yazdı. Silahlı hücumdan sonra sağ əli iflic olsa da gün ərzində 4 saat yazmağa davam elədi. 2006-cı ildə vəfat edən yazıçı 34 roman və 350-dən çox hekayə yazıb. Yazıçının sonuncu kitabı 2005-ci ildə işıq üzü görüb. Bu, ölümdən sonrakı həyatdan bəhs edən hekayələr toplusu "Yeddinci göy" kitabıdır.

Onun romanlarının yarısından çoxunun əsasında filmlər çəkilib. Bu filmlərin demək olar ki, hamısı ərəb dünyasında məşhur filmlərdir. Qahirənin Mühəndisin rayonunda yazıçı hələ sağ ikən onun bürüncdən abidəsi ucaldılıb. Yazıçının “İnosmi”yə verdiyi müsahibəni təqdim edirik.

- 11 sentyabr terror aktı...Yəqin ki, yadınızdadır.

 

 - Bu, bütün mənalarda gözlənilmədən baş verdi. Əvvələr düşünürdüm ki, ABŞ dünya miqyasında böyük gücə sahib olan ölkədir və özünü qorumağa tam qadirdir. Yadımdadır, həmin gün qızımla küçəyə gəzməyə çıxmışdım və o, mənə dedi ki, Əkiz Qüllələr dağıdılıb, Pentaqonun isə bir hissəsi vurulub. Ona dedim ki, yəqin bu, filmdir. Çünki bu, mümkünsüz idi. Bir müddət sonra bunun həqiqət olduğunu anladım. Həqiqətən də düşünmürdüm ki, bu baş verə bilər. Bizim üçün, ərəblərə görə, ABŞ demokratiya və azadlığın beşiyidir. Lakin onların İsrailin köməkliyi ilə Yaxın Şərqdə yürütdüyü siyasət tərəfimizdən narazılıqla qarşılanır. İnsanlar haqsızlıq hiss edilər. Ərəb ölkələrindən savayı Asiya və Balkanlarda da ABŞ-ın düşmənləri mövcuddur. Bunu ilk dəfə olaraq ingilislərin işğalı zamanı tələbə olduğum dövrdə hiss etdim. Milli ruhu təbliğ edən “Vafd” partiyası müxalifətdə olduğu zaman xalqın maraqlarını müdafiə edirdi. İqtidara gəldikdən sonra bu davam etmədi. ABŞ dünyada özünü güclü göstərməklə yanaşı, ədalətli olduğunu da nümayiş etdirməlidir.   

 

 - Terrorizmə cavab olaraq Əfqanıstanın bombalanması ədalətlidirmi?

 

 - Bilmirəm, bu yol düzgündürmü? Çünki bu günə qədər ölkənin terror aktında əlaqəli olması barədə dəlillər təqdim olunmayıb. Sibir yazvasına gəlincə, öncə terrorçuların əl işi kimi göstərilsə də sonradan daxili problemlərdən yarandığı ortaya çıxdı. Qara cümə axşamı isə dəqiqliyi və planlı həyata keçirilməsi ilə xüsusi diqqət çəkir. Əgər ABŞ-ın bizə məlum olmayan sübutları varsa, taliblərə qarşı əməliyyatları məntiqli qəbul etmək olar.

- Bütün hallarda bombardmanlar ərəb dünyasında mənfi qarşılanıb?

- Ərəblərin bu hadisədə iştirak etməsinə insanlar inanmır. Bundan başqa Buşun çıxışı zamanı “Xaç Yürüşü” ifadəsi onların xoşuna gəlmədi. Müharibə başlayan zaman insanlar “Xaç Yürüşü”nün başlandığını düşündülər. Əfqanıstanı ABŞ-a qarşı qorumaq təbii bir hala çevrildi. Dəqiq desək, sizin “ərəb küçəsi” adlandırdığınız taliblərlərə qarşı olduğu kimi müharibəyə də qarşıdır. Xalq musiqini qadağan etməyi, qadını evdə məhbus etməyi, məktəbləri bağlamağı və tarixi abidələri dağıtmağı düşünmür.

İnteqrizmin güclənməsi təhlükəlidirmi?

 - Taliblər üzərində qələbə mülayim, əsl islamın qalibiyyəti idi. Taliblərin iyrənc islamının yox.

 - İnteqristlər sizi fiziki mənada məhv etmək istəyirdi. Bunun arxasında nəyin dayandığını bilirsinizmi?

 - Ən birinci səbəb kitabım idi. İnteqristlərin başçıları hesab ediblər ki, bu kitab islama qarşıdır. Kitabı oxumuyan gənc oğlanlar düşünmədən, anlaqlı olmayaraq üzərimə hücum çəkdilər. Onlar üçün yalnız bir məqsəd var idi, kitabın müəllifini öldürmək.

 - Ərəb dünyası müasirlik böhranı yaşamır ki?

 - Bəli, yaşayır. Lakin bu qədim problemdir. Hətta deyərdim ki, onun kökü 20-ci əsrin əvvəlinə böyük ərəb alimi Məhəmməd Abduya gedir çatır. Düşünürəm ki, bu zamanla düzələcək. Müasirlik mütləq qalib gələcək. Bəzən elə hallar olur ki, həqiqət geri addım atmaq məcburiyyətində olur. Bütün hallarda tarixə nəzər salanda müşahidə etmək olar ki, müasir düşüncə qalib gələcək. Ötən əsrin əvvəlində qadınların təhsil problemi qabardılmışdı. Baxın bu gün ali təhsil müəssisələrində nə qədər qız oxuyur. Nə qədər qadın nazir və səfir vəzifəsində çalışır.

 - Misirdə əvvələr çəkilmiş filmlərə baxırsan və təəccüblənməmək olmur. Qadınlar çadrasız, hətta mini ətək geyinirlər. Misir bu istiqamətdə irəli getməkdən daha çox  geri qalıb.

 - Bütövlükdə siz haqlısınız. Bunların da ən böyük səbəbi islam dəyərlərinin baş qaldırması və islamçıların siyasətə müdaxilə etməsi idi. Bu hərəkatı müxtəlif siyasi şəraitlər müşayət etdi, xüsusən də İsrail dövlətinin yaranması. 20-ci əsrdə ərəb dünyası sırf dini əsaslarla yaranan bir dövlətlə qarşılaşdılar. Milliyyətçilər tərəfindən məğlub edilən inteqrist və panərəbçilər yenidən baş qaldırdı. Ortada belə bir sual yarandı: “Niyə biz də dini dövlət yaratmayaq?” Ərəb milliyyətçilyinin məğlubiyyəti 1967-ci ilin iyun ayında baş verdi. Bu isə islamçıların hərəkatına təkan verdi. 

- Necə düşünürsünüz Misir hazırda tam demokratik sistemə hazırdırmı?

- Bu gün Misirdə bir parça çörəklə sınanan, qorxudulan insanlar əsla demokratiyanın qanunları ilə yaşaya bilməyəcək. Yalnız savadlı, təhsilli insanlar anlayacaq onun necə böyük bir fürsət olduğunu, sistemin necə işlədiyini, ona necə uyğunlaşmaq lazım olduğunu. Hamı ömrü boyu evə nəsə qazanc aparmaqla məşğul olur.

 Din cəmiyyətə hopub. Din idarə edir. Bunda problem yoxdur? Yerli hakimiyyət dindən və dini cərəyanlardan istifadə etmir?

 - Dində hər zaman kənar ektremist tendensiyalar mövcud olub. Din şəxsi istəkləri reallaşdırmaq üçün vasitəyə çevrilir. Hərəkənin dəyişməsi sonluğa daha yaxınlaşdırır. Bu nə qədər tez anlaşılsa daha yaxşı olar. Din və inanc həqiqətən də açıq olmalıdır. Çünki dar düşüncə ilə kifayətlənən dindar lənətlənmiş adam kimidir. Dini inancı lazımlı hesab etməyimə baxmayaraq düşünürəm ki, din potensial təhlükə mənbəyidir. Əgər insanları hərəkətə gətirmək nəyəsə cəlb etmək istəyirsənsə, gərək ilk növbədə həssas olduqları nöqtələri tapasan, Misirdə insanların ən həssas tərəfi dindir. Ona toxunmayan heç kimə zərər gəlməz. Bu qədər istismara dözdürən səbəb nədir? Yenə din. Bütün hallarda vacib olan odur ki, Misir xalqı təbiətcə mülayimdir. İnteqrizm - bu təbiətə qarşıdır və bu çox uzun müddət davam edə bilməz. Sadat intqersitlərlə oynamağın əvəzini həyatı bahasına ödədi.

 Dinin dilindən sevgi və humanistlik şüarları tökülməlidir. Amma təəssüf ki, dinin indiki vəziyyəti sivilizasiya ilə ziddiyyət təşkil edir. Düşünürəm ki, qarşılıqlı anlaşmada din ən nümunəvi insani davranışı təbliğ edir. Amma namaz qılmaqla bağlı... Nəsə qəribə bir şeydir. Allah dindən idman klubu yaratmaq üçün istifadə etməyib.

Hazırladı: Günəş Fərhadlı



Tarix: 09.08.2016

6059