Özü yaxşıdır, ətrafı pis


Bizim bu kafe-restoran işlədən müdirlər var ha, çox “interesni” adamlardır! Denən niyə?

Deməli, elə ki, qış gəlir isti çayın qiymətini qaldırmaqdan ötrü yan-yörəsinə o qədər mürəbbə, qoğal, şorqoğal, türk paxlavası, hind halvası, rus povidlası qoyurlar ki, çay süfrəsi dönüb olur xınayaxdı.

 

 

Elə ki, pivə sezonu başlayır, bu dəfə də eyni həngaməni pivə bakalının başına açırlar. Hər il  yan-yörəsi genişləndikcə, bakalların həcmi kiçilir.



Tarix: 21.07.2016

13057