Min dörd yüz yaşlı sual


Elə suallar var ki, vur, öldür, insan oğlunun zəkası o suallara cavab tapmaq qüdrətində deyil. Ayın, Marsın yolunu su yoluna döndərməklə deyil.

Məsələn, biz min dörd yüz ildir "necə oruc tutmalı" sualına dəqiq və təfərrüatlı cavab tapa bilməmişik və hər il Ramazan ayı gələndə televiziyalarda, məscidlərdə, yas yerlərində eyni sualları din xadimlərinə ünvanlayıb, cavab yolu gözləyirik.

Dəqiq cavab isə iynə olub düşüb samanlığa.



Tarix: 07.06.2016

14027