Evdarın qonaqpərvərliyi


Qonaqpərvərliyimizin şiddətinə baxmayaraq, nədənsə biz hələ də rusların "ofisiant", fransızların "qarson" çağırdığı, kafelərdə müştərilərə xidmət göstərən vətən oğluna ad qoya bilməmişik.

Bu məsələdə əlimiz ona görə aşağıdır ki, xalqımız, adətən, öz evində yeyib-içməyi, qonaq qəbul etməyi sevdiyinə və qarsonluq işini varlı evlərdə nökər-qaravaş, kasıb evlərdə isə arvad-uşaq gördüyünə görə qarsonun nə özünə, nə də adına ehtiyac duymamışıq.

 Ha axtardıq, başqa bir səbəb tapmadıq.



Tarix: 02.06.2016

8715