Xaşxanası soyundurur, çayxanası soyur


Bakıda kafelər, çayxanalar, pivəxanalar da doqquz iqlim qurşağına uyğun olaraq qazan asırlar, samovar qaynadırlar, noxud arıtdayırlar.

Məsələn, havalar bir az qızan kimi xaşxanalar soyunub olur pivəxana,  masaj salonları əynini geyinib olur çayxana.

 

Ancaq bir iş var ki, menyu dəyişmir. Məsələn, boğazın quruyub bir stəkan çay içmək üçün çayxanaya getsən, masaj salonunun menyusunu gətirirlər. Gərək menyuda yazılanların hamısını sifariş edəsən ki, üstündə çay da versinlər.

 

İndi bax həmin mövsüm yaxınlaşır.  



Tarix: 01.06.2016

21997