Acın həmişə toxdan xəbəri olur


Vaxt var idi dünyada yalnız toxlar yaşayırdı, sonra yavaş-yavaş aclar əmələ gəldi, dünya toxlardan və aclardan ibarət oldu.

Daha sonra toxlar qudurub quldar oldular, aclar onların qulluğunda dura-dura qula çevrildilər.

 

Sonra quldarlar kapitalist, qullar kommunist oldular. Sonra kommunistlər kapitalist olmaq üçün inqilabçı, kapitalistlər kommunist olmaq üçün dindar oldular.

 

Ancaq həmişə toxlar tox, aclar ac qaldılar. 



Tarix: 01.06.2016

5800