Nadanlıq nakamlığın övladıdır


Hər bir uğursuz övladın arxasında cahil valideyn dayanır. Bəzən ətrafımızda gördüyümüz nadan gənclik onların valideynlərinin nakam gəncliyidir.

Məsələn, bir də görürsən gücənə-gücənə birtəhər universitetə girən gəncə mükafat olaraq valideynləri avtomobil alır. Bununla da o gənc üçün təhsilin məqsədi başa çatır. O valideyn başa düşmür ki, özünün bu görməmişliyi ilə gələcəyin bir həkimini, müəllimini, mühəndisini təhsildən yayındırıb onun özü ilə bərabər bir xalqın gələcəyini də məhv edir.  

 

 

 



Tarix: 10.05.2016

2592