Ailə səadəti


Fransız hüquq nəzəriyyəçisi Rodyer deyirdi ki, hüquq coğrafiyasında komparativistlərin sayı qədər təsnifat mövcuddur.
1900-cü ildə keçirilən hüquq nəzəriyyəçilərinin I Beynəlxalq Konqresinin iştirakçıları fransız, alman, ingilis-amerikan, slavyan və müsəlman hüquq ailələri olmaqla, beş hüquq məkanını fərqləndirirdilər. Cəmi yüz il keçməsinə baxmayaraq, bizim əsrdə milli hüquq sistemlərinin sayı artıq 200-ə çatıb. Hüquq nəzəriyyəçilərinin gəldiyi son qənaət budur ki, hər bir xalq özünün milli şüuruna uyğun hüquq sistemində yaşamağa iddialıdır. Yəni milli mənəvi dəyərlər istənilən dünyəvi hüqüq anlayışını üstələyir.

Eləcə də gender bərabərliyi deyilən anlayışı da hər bir xalq öz milli ənənəvi maraqlarına uyğun qəbul edir, məsələn, bizim ailələrdə kişilərlə qadınların gender bərabərliyi məsələsinə yanaşmasında fərqliliklər xirtdəyəcəndir. Kişilər bu bərabərliyi ailədaxili münasibətlər çərçivəsində görmək istəsələr də, qadınlar bunu cəmiyyətə daşımağın tərəfdarıdırlar. Məsələn, o gün arvad-usaq yiyəsi olan bir oxucumuzdan soruşuram ki, bu gender bərabərliyi məsələsini necə başa düsürsən? O boyda kişinin cavabına baxın; Deyir, əgər ailədə ər də, arvad da işləyirsə, ər aldığı 300 manat əməkhaqqının 250 manatını arvad-uşağın dolanışığına verib, qalan 50 manatını özünün yolpuluna, ayaqqabılarının yamanmasına, dişlərinin plomblanmasına, arvad isə qazandığı 700 manatın hamısını özünün əyin-başına, bər-bəzəyinə xərcləyirsə, bu, olur gender bərabərliyi. Deyirəm, bu genderi hardan uydurdun, belə gender olar? Qayıdasan ki, bu, bizim arvadın təklif etdiyi milli genderimizdi.
Dedim, bəs sən nə deyirsən arvadın bu fikrinə?
Deyir, dedim, deyirsən də...
Ləlöyün


Tarix: 06.08.2015

4652

Ən çox gülünənlər