"Metsamor" - Qafqazdakı erməni cəhənnəmi


Nüvə terrorçuluğu beynəlxalq sülhə və təhlükəsizliyə çox ciddi təhdidlər yaratmaqla, bütün bəşəriyyət üçün qlobal xarakter daşıyır.

Nüvə enerjisi məsələsi daha çox nüvə qəzaları ilə gündəmə gəlsə də, onun enerji vasitələrinin terrorçuların, separatçı rejimlərin əlinə düşməyəcəyinə qəti əminlik yoxdur.

Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyası dünyadakı ən təhlükəli stansiyalardan biridir. Ermənistanın paytaxtı İrəvandan təxminən 40 kilometr qərbdə  yerləşən bu stansiyanın tikintisinə Sovet İttifaqı dövründə - 1973-cü ildə başlanılmış, 1979-cu ildə isə istismara verilmişdir. 1998-ci ildə Ermənistanda baş vermiş zəlzələnin mərkəzi “Metsamor” stansiyasından 75 kilometr aralıda idi. O zaman Sovet hakimiyyəti təhlükəsizlik sarıdan narahatlığa görə bu stansiyanın fəaliyyətini dayandırmışdı. Amma 1995-ci ildə ciddi enerji böhranı ilə üzləşən Ermənistan hökuməti beynəlxalq tənqidlərə baxmayaraq, stansiyanın işini bərpa etdi.  1995-ci ildə Avropa və ABŞ tərəfindən “Metsamor” stansiyasının təhlükəsizlik standartlarının artırılmasına milyonlarla dollar vəsait xərclənib. Bununla belə, Avropa İttifaqı bu stansiyanı köhnə və az etibarlı olaraq qiymətləndirmişdir.

BMT və onun bu sahədə ixtisaslaşmış qurumu olan MAQATE-dən tələb olunmalıdır ki, bütün Qafqaz regionu üçün müharibədən də dəhşətli olan bu stansiyanın bağlanması haqqında təcili qərarlar qəbul etsinlər.

 

 

 

 



Tarix: 05.05.2016

1004