Valideyn arşını


Adətən, bizim valideynlər şikayətlənirlər ki, məktəbdə uşaqlara verilən dərs yükü ağırdır.

Bu, o valideynlərdir ki, aylarla, illərlə adicə qəzet məqaləsi oxumurlar, jurnal üzü açmırlar. Təsadüfən rastlaşdıqları uşaq mətnləri belə, onlara anlaşılmaz görünür, sadə cümlələr arasında özləri rabitə yarada bilmədikləri üçün uşaqlara verilən tapşırıqlar onlara cəhənnəm əzabı kimi gəlir.

 Sonra da gedib müəllimlərin xirtdəyindən yapışırlar ki, uşaqları niyə bu qədər yükləyirsiniz?

Lap axırda da xəstələnib yatağa düşəndə deyirlər ki, əşi, bizim həkimlər heç nə bilmirlər.

İstedadlı uşaqları isə ya döyə-döyə “adam” edirlər, ya da evləndirə-evləndirə. 



Tarix: 18.04.2016

8924