Qafqaza zəncirlənmə siyasəti


Ermənilərə Rusiyanın Şərq siyasətində xüsusi diqqət verilməsi ilk dəfə I Pyotrun vəsiyyətnaməsində öz əksini tapmışdır.

Vəsiyyətnamədə deyilirdi ki, Rusiya İran və Türkiyəyə münasibətdə yeritdiyi siyasətdə ermənilərdən fəal şəkildə istifadə etməli, göstərilən ölkələrdə ermənilərin fəaliyyətinə dəstək verməlidir.

Erməni-rus münasibətləri çar Rusiyasının Kazanı (1552) və Həştərxanı (1556) işğalı, Türkiyə müharibələri ilə (1635-1639, 1711, 1768-1774, 1787-1791 və b.) genişlənmiş, onun Xəzər sahili torpaqları istila etmək cəhdləri ilə daha da möhkəmlənmişdir.

I Pyotr 1724-cü il 10 oktyabrda erməni xalqına dair imzaladığı dövlət fərmanından sonra xarici işlər naziri Rumyantsevə məktubnda yazırdı: “…yeni ələ keçirdiyimiz ərazilərdə ermənilərin bizim səlahiyətimiz altında yaşamalarına icazə verməliyik. Siz onlara bildirin ki, Rusiya sizə qoşunla kömək edə bilməz, amma Xəzərsahili əyalətlərdə yaşamağınıza razılıq veririk. …türklər ermənilərə bu qədər diqqət göstərməyimizə, onların Xəzərsahili əyalətlərdə yerləşdirilməsinə razılıq verməyimizə öz iradlarını bildirsələr, siz onda deyərsiniz ki, ermənilərlə biz eyni dinə xidmət edirik. Onlar bizim himayəmiz altında olmağı özləri xahiş ediblər”.

 

I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi.



Tarix: 06.04.2016

14643