Ağ bayraq qalxdı


Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk Qrupu ölkələrinin İrəvandakı səfirləri ilə görüşdə kompromislərə hazır olduğunu bildirdi.

Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk Qrupu ölkələrinin İrəvandakı səfirləri ilə görüş keçirib.

Görüşdə Dağlıq Qarabağ bölgəsindəki mövcud vəziyyət müzakirə olunub. Sarksiyan görüş zamanı səfirlərə Ermənistanın atəşkəs rejiminin bərpa olunmasını istədiyini bildirib.

O deyib: “Ermənistan və Dağlıq Qarabağ hərbi əməliyyatların dayandırlımasına tərəfdardır. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində kompromislərə hazırdır”.

 

 



Tarix: 05.04.2016

34925