Sarkisyanın səfərbərliyi


Son bir neçə gün ərzində cəbhədə ağır məğlubiyyətlə üzləşən Ermənistan ordusu öz itkilərinin yerini doldurmaq üçün mülki əhali arasında səfərbərlik elan edib.

 

Ermənilərə məxsus KİV-lərdə yaşından, sağlamlıq vəziyyətindən asılı olmayaraq mahnı oxuya-oxuya avtobusa doldurulan erməni əhalisinin, əlinə tüfəng verilən yeniyetmə qızların görüntüləri yayılıb.

Ermənistan rəhbərliyi həmişə olduğu kimi yenə də qocaları, arvad-uşağı qabağa verir.

 

Qriqoryan kilsəsinin xeyir-duası ilə sıravi vətəndaşlar qırğına göndərilir.  



Tarix: 08.04.2016

8269