Kəmiyyətin möcüzəsi


Dünyanın yeddi möcüzəsindən biri hesab olunan Böyük Çin səddinin ilk tikintisində 350 min əsgər və yüz minlərlə mülki adam, şəhərli ustalar, əkinçi kəndlilər və on minlərlə həbsxana məhkumları iştirak etmişdir.

 

 İllər ərzində davam edən tikinti zamanı qarlı dağlarda, qızmar səhralarda aclıqdan, susuzluqdan, soyuqdan və ağır əməkdən ildə 400 mindən çox işçi həlak olmuşdur. Buna görə də Çində belə bir xalq misalı yaranıb. "Çin səddi dünyanın ən uzun qəbiristanlığıdır".

Bu möcüzə əsl kəmiyyətin göstəricisidir.

İkinci Dünya müharibəsində də keçmiş SSRİ məhz kəmiyyətin hesabına faşizmə qalib gələ bilmişdi.

Möcüzənin sirrini təkcə keyfiyyətdə yox, aradabir, kəmiyyətdə də axtarmaq lazımdır.

 

 



Tarix: 29.03.2016

3229