Zəfəran endemik bitkidir


Mahnı janrı sözün və musiqinin vəhdətindən yaranır. İkisindən biri alınmayanda mahnı da alınmır.

Mahnı janrı sözün və musiqinin vəhdətindən yaranır. İkisindən biri alınmayanda mahnı da alınmır.

Azərbaycanda bəstəkar mahnılarının sözləri həmişə tənqidə tuş gəlib. Dinləyicilər şikayətlənir ki, bu nə sözlərdir? İnsan nə üçün “Badamlı” adlı mineral suya, “Zəfəran” adlı endemik bitkiyə mahnı oxumalıdır?

Əziz və hörmətli dinləyicilər, Azərbaycan uzun müddət müstəmləkə dövləti olub, ilahi məqamlardan yazıb-oxuyanda din, siyasi-ictimai mövzularda çalıb-oxuyanda müstəmləkə hökumətləri, əxlaqi mövzulara üz tutanda da qohum-əqrəba yaradıcı insanlarımızı gözümçıxdıya salıblar. Ona görə də sənət ölməsin deyə istedadlı şəxslərimiz mineral sulara, endemik bitkilərə, yalçın qayalara-zada mahnı, şeir qoşublar.

Əgər bizim sənətkarlara olan dini, siyasi, mental basqılar başqa xalqların da sənətkarlarına ünvanlansaydı onlar da istedadlarını ölkələrinin ən uca ağacı olan evkaliptə, ən dadlı yeməkləri olan spaggetdiyə, bir sözlə insandan başqa hər şeyə həsr edərdilər.



Tarix: 18.03.2016

7257

Ən çox gülünənlər