Qadınlar nə yeyir?


Sosial statusuna görə qadınlar bir neçə qrupa bölünür və onların həyat tərzinə uyğun xüsusi yemək zövqləri olur. Bir neçəsinə baxaq:

Ev qadını: qaranquşlar uça-uça qidalandığı kimi, onlar da ev təmizləyə-təmizləyə, yemək bişirə-bişirə qidalanırlar. Adətən, süfrəyə tox otururlar.

Azad qadın: nə qədər azad olsalar da, ekzotik, qlamur görünüşlü yeməklərə üstünlük verərlər, bozbaş, küftə kimi yeməklərə nifrət edərlər. Bahalıdırsa, hər şey yeyərlər və bunu kimin ismarlayacağına fərq qoymazlar.

Şəfqətli Ana: yemək hazırlayarkən, yaxud nə yemək haqqında düşünərkən birinci özlərinin deyil, doğmalarının ağız zövqünü götür-qoy edərlər.

Atasının qızı: adı üstündə. Daha çox kişisayağı düzülmüş masalara üstünlük verərlər.

Bacarıqlı iş qadını: daha çox quru və tez hazırlanan yeməklərə üstünlük verərlər. Şotu özləri verdikləri üçün çox vaxt daimi müştərisi olduqları restoranlara üstünlük verərlər. Salatsevərdirlər.


Tarix: 05.03.2016

5747