Ailə sirri


Ərlə arvadın bir-birilərini necə sevdiyini bilmək istəyirsinizsə, onların mübahisələrinə qulaq asın.

Ərin öz arvadını necə sevdiyini bilmək istəyirsinizsə, onun öz dostuna ailə haqqında danışdıqlarına qulaq asın.

Arvadın ərini necə sevdiyini bilmək istəyirsinizsə, onun öz anası ilə əri haqqında elədiyi söhbətlərə qulaq asın.

Arvadın, əslində, necə kişi arzusunda olduğunu bilmək istəyirsinizsə, onun öz rəfiqəsinə əri haqqında danışdıqlarına qulaq asın.

Kişinin, əslində, necə qadın arzusunda olduğunu bilmək istəyirsinizsə, onun arvaddan gizlin görüşdüyü qadın haqqında danışdıqlarına qulaq asın.

Ailə səadətinin nə demək olduğunu bilmək istəyirsinizsə, uşağın danışdıqlarına qulaq asın.


Tarix: 01.03.2016

6913