“Saqqallı uşaq”


Düşüncə və söz azadlığını yalnız özündə deyil, başqalarında da sevən, bütün fikir və etiqadlara hörmətlə yanaşan, elmi, incəsənəti və estetikanı öyrənən, təbliğ edən, yaşadığı cəmiyyətə qarşı məsuliyyətli və həssas, həyatı daha asan, keyfiyyətli və bərəkətli etmək üçün müxtəlif yollar axtaran, davranışlarında sərhəd gözləyən, bəsit xarakterdən uzaq, kiçik mənfəətlər güdməyən, başqalarının mənfəət və düşüncələrini özününkündən üstün tutan, düzgün təhlil etmə qabiliyyətinə malik, təcrübəli, ağlına etimad edilən, fikirlərinə əhəmiyyət verilən, diri, aktiv həyat yaşayan adama gənc deyilir.

Bütün günü əlində telefon çayxanada oturub həyatdan, dünyadan, insanlardan şikayətlənən, öz cıtqozluğu ilə hamını bezdirən adama isə heç nə deyilmir.


Tarix: 29.02.2016

4422