Dünyanın ilk avarası


Milli müsəlman təfəkkürümüzdə elmi-texniki tərəqqi məhsulları həmişə şeytan əməli kimi qiymətləndirildiyindən, bu avadanlıqlar – ilk televizor, audio-videomaqnitofon və s. - bizə çox vaxt xalq arasında avara, bivec kimi ad çıxarmış adamlar vasitəsilə ayaq aça bilir. Xüsusilə kənd yerlərinə ilk televizoru, velosipedi, mobil telefonu aparanlar kəndlərdə başdanxarab kimi ad çıxarmış, heç kimin qız vermədiyi, gecələr evdə yox, çardaqda yatan, Hüqonun sözləriylə desək, milli qamenlər olur.

Fransız qamenləri Fransada respublika inqilablarına müəlliflik etdikləri kimi, bizim qamenlər də milli məişət inqilablarına müəlliflik edirlər.


Tarix: 23.02.2016

13213