Arzuolunmaz müalicə


Məsələn, mədə ağrısı ilə münasibətdə kişi özünü qadın kimi aparır. Əvvəlcə onu yaxına buraxmaq istəmir, ondan uzaqlaşmaq üçün müxtəlif yollara əl atır, evdəkilərə şikayətlənir. Görəndə ki əl çəkmir, onu öyrənmək, tanımaq fikrinə düşür. Öyrəndikcə öyrəşir, yavaş-yavaş "mənim ağrım" deyə haqqında ona-buna danışmağa başlayır.

Ondan ötrü yediyinə, içdiyinə fikir verir. Gecələr onu qucaqlayıb yatmaqdan intim bir zövq alır. Və günlərin bir günü ağrı gəldiyi kimi də qəfildən yoxa çıxır. Kişi, sevgilisini itirib ailə qurmaq xatirinə yaşca özündən xeyli böyük olan, bütün hissləri keçəlləşmiş birinə ərə gedib gününü keçirən qadın kimi, gətir-apardan başqa başqa işi-gücü olmayan, ancaq əmr və tələblə danışan acgöz bir mədənin qulluqçusuna çevirilir.


Tarix: 17.02.2016

4484