Mətn
Şəkil
Video
Problemlərin şiddət yolu ilə həll edilməsi ağıl çatışmazlığının nəticəsidir, istər ailə olsun, istər ölkə, istərsə də dünya.
Hər kəs sualın cavabını başqalarında axtarır, çünki başqaları hazır cavablardı. Heç kim özü öz sualının cavabına çevirilmək istəmir, çünki cavaba çevrilməyin səhv olmaq təhlükəsi var.
Reallıq tələdir. Bunu hələ Don Kixot altı əsr bundan əvvəl hiss etmişdi. O, çıxış yolunu insanların reallıqların yox, öz xəyallarının arxasınca getməsində görürdü.
Çıxılmaz olan vəziyyət yoxdur, fantaziya sarıdan korluq çəkən beyin var. İnsan həyatda özünü daha çox "hə" və "yox" cavablarına hazırladığı üçün digər yolları özü özünə bağlayır.
İnsanlar arasında şəxsi münasibətlərə ən çox təsir göstərən vasitələr rabitə texnologiyalarıdır. Məcnunun vaxtında cib telefonu olsaydı vəziyyət bu yerə gəlib çıxmazdı.
Bir halda ki, beşikdən qəbirəcən oxuyan adamlara bazarda kartof satdıracaqdınız, o yazıqları niyə aldatdınız? Neynəmişdilər sizə?
Elm zərurətlərin arxasınca qaçır, insan ehtiyacların. Buna görə də çox zaman elmi fikirlər insanlara gec çatır.
"Tələsən təndirə düşər". Bəlkə də, ataların müdrik sözlərinin bütün zamanlar üçün keçərli olmasından ötrü onları günün tələblərinə uyğunlaşdırmaq lazımdır.
Hər işdə bir xeyir var, amma bu xeyir o qədər gizlin ki, hər adamın onu görmək, kəşf etmək kimi bir istedadı yoxdur.
Sosial şəbəklər nə qədər azad fikir və söz meydanı olsa da, eyni zamanda kütlə şüurunun genişlənməsinə xidmət edir.
Nağıllar mənsub olduqları xalqın milli şüurunun bir ifadəsidir. Bir xalqı dərindən tanımaq üçün onun nağıllarını, miflərini oxumaq və analiz etmək kifayətdir.
Hər bir romantika kimi qışın romantikası da gec-tez dərdə, qəmə çevrilir. Eynən sevgi duyğularının arxasınca gedib bir çətən külfətin ortasında girinc-kiriftar qaldığın kimi.
İlham Əliyev Hərbi Qənimətlər Parkında
Vaxtında maskadan düzgün istifadə etsəydik, gigiyenamıza əməl edib, sosial məsafə saxlasaydıq indi bəlkə də tamamilə maskadan azad ola bilərdik deyə düşünürəm.
Avropa Məhkəməsi bəraət qazandırsa verilən təzminatla bir sürü toyuq ala bilər
İrağ olsun, içəridə ömürlük qalmağı özünə xoşbəxtlik bilənlər də var
Düz deyir dəə, camaat üç minə maşın alır
Qarğa nə bilir zəfəran nədi
© 2016 'KIRPI.INFO'. Saytdaki materiallardan istifadəyə yalnız redaksiyayla əvvəlcədən razılıq əldə olunduğu halda icazə verilir. Bütün karikaturalar və mətnlərin müəlliflik hüququ qorunur