Mətn
Şəkil
Video
Doğuşpulu, pamperspulu, baxçapulu, süpürgəpulu, imtahanpulu, diplompulu, işədüzəlməpulu, dondurmapulu, xonçapulu, aşpulu, supulu, qazpulu, işıqpulu, liftpulu...
Bizdə oxu mədəniyyəti niyə yalnız təhsil prosesi kimi başa düşülür? Niyə təhsil kitablarından kənarda çoxları kitab oxumağı boş vaxt itkisi hesab edir.
Xidmət sektorunda şəxsi tanışlıqların əhəmiyyətli rol oynaması cəmiyyətdə qarşılıqlı inamsızlığın nəticəsidir.
Elm sübut edir, amma inandıra bilmir, din isə inandırır, amma sübut edə bilmir. Nə vaxtsa elm inandırıb, din subut eləsə dünya cənnət olacaq.
Texnologiyaların inkişafı getdikcə insanı yazı mədəniyyətindən uzaqlaşdırır, elektron məktublara qoyulan hərf limitindən əlavə, insanlar özləri də sözləri kiçildərək yazırlar.
İnsanın başına nə gəlirsə, qarnının ucbatından gəlir, ya yeməyə heç nə tapmayıb acından ölür, ya da tapanda o qədər yeyir ki, burnundan gəlir.
Dünyada sahibsiz heyvanların belə müalicə olunduğu bir vaxtda bəzi gözünü pul örtmüş həkimlərimiz kasıb, yiyəsi olmayan xəstələri əcəlin ümidə buraxması bir başqa cəhalət.
O yerdəki insanlar hələ də günah və axirət məhkəməsi anlayışları ilə yaşayırlar, o yerlərdə tanrı hələ öz yerini mədəniyyətə verməyib.
Dünyada açıq və gizli şəkildə bir kasta sistemi mövcuddur ki, mənşəyini allaha bağlayırlar, varlılar kasıblara deyir ki, bizi allah varlı, sizi kasıb yaradıb.
Bu dünyada hər bir insan bir Cırtdandır, şans Cırtdan kimi hər bir insanı da son anda seçim qarşısında qoyur; ya işıq gələn tərəfə getməlisən, ya it hürən tərəfə.
Mətbuatda belə xəbərlər yayılır ki, yadplanetlilər bizim həyatımızı öyrənmək üçün tez-tez yer üzünə gəlirlər, ancaq bizim haqqımızda nə fikirdədirlərsə, utandıqlarından hələ özümüzə demirlər.
Deyir, tibbdə utanmaq yoxdur, amma bunu bəzi xəstələr kimi, bəzi həkimlər də başqa cür başa düşürlər, utanmadan xəstənin dilindən əvvəl əlinə baxırlar.
Məsələn bu kişinin ev almaq arzusu olmasaydı, çətin 135 il yaşayardı
Avropa Məhkəməsi bəraət qazandırsa verilən təzminatla bir sürü toyuq ala bilər
İrağ olsun, içəridə ömürlük qalmağı özünə xoşbəxtlik bilənlər də var
Düz deyir dəə, camaat üç minə maşın alır
Qarğa nə bilir zəfəran nədi
© 2016 'KIRPI.INFO'. Saytdaki materiallardan istifadəyə yalnız redaksiyayla əvvəlcədən razılıq əldə olunduğu halda icazə verilir. Bütün karikaturalar və mətnlərin müəlliflik hüququ qorunur