Mətn
Şəkil
Video
Nə vaxtsa insanları oğurluqdan, quldurluqdan çəkindirmək üçün allah qorxusuna ehtiyac var idi, elə indi də elə insanlar var ki, onları yalnız allah qorxusu ilə adam eləmək olar.
İnsanın həyatını təhlükəyə atan üç ehtiyacı var; ağlın, qarnın, qəlbin istəkləri. Ağlın istəklərinə görə tələf olsan adın tarixə düşər, qəlbin istəklərinə görə bada getsən, ədəbiyyata.
Uşaqlar dünyaya nə xeyir, nə də şər kimi gəlirlər, onları əvvəlcə valideynlər, daha sonra cəmiyyətlər, lap axırda isə dövlətlər öz məqsədlərinə uyğun olaraq xeyir və şər kimi tərbiyə edirlər.
Sovet hökuməti insanların təməl tərbiyəsini pozdu, zəhmətin qarşılığını bazardan deyil, dövlətdən gözləməyi öyrətməklə pozdu.
Ata qapazının tərbiyəvi terapevtik əhəmiyyəti danılmazdır, övlad bunun xeyirini uzun illər sonra görür, böyüyüb adam olanda.
Cəmiyyətin keçmişi həkimlərin, gələcəyi isə müəllimlərin əlindədir, ona görə də həkimlər və müəllimlər cəmiyyətin ən yaxşıları arasından seçilməlidirlər.
Ateistlərin işi allahladır, dindarlar isə onların özlərini hədəf seçirlər, özlərini allahın yerdəki post-patrul xidməti kimi aparırlar.
İnsanlar o qədər dedi-qoduya meyillidirlər ki, hətta müqəddəs kitabları da ağızdan-ağıza eşidib öyrənməyə üstünlük verirlər, inandıqları allahın kitabını belə oxumağa ərinirlər.
Alimlər iddia edirlər ki, insanlar beyinlərinin 5-7 faizinin potensialını istifadə edir, ən zəki insanlar isə 11 faizlik beyinlə düşünənlərdir.
Elə valideynlər var ki, uşağı gözüaçıq böyütmək üçün ona həyatın qara əməllərindən baş açmağı öyrədirlər, məsələn, onu 3-ci sinifdən çıxarıb Tümendəki alverçi dayısına qoşurlar.
Ailə iki fərdin intim ittifaqından daha çox kiçik bir təsərrüfat sistemidir, ona görə də qurulması və dağılması mülki və cinayət məcəllələrinin bəndlərinə uyğun həyata keçirilir.
Çörək qazanmaq dərdi elə bir dərdir ki, onun arxasınca nəinki Çinə, Şimali Koreyaya da gedər insan.
Gələn dəfə qar yağanda, birdən birə hürkütməyin, xahiş edirəm.
Yəqin ki, hər dövrdə, hadisələri belə hekayələşdirən, özündən "hoqqa" çıxardanlar olub
Qar, yağdığına peşman oldu
Avropa Məhkəməsi bəraət qazandırsa verilən təzminatla bir sürü toyuq ala bilər
İrağ olsun, içəridə ömürlük qalmağı özünə xoşbəxtlik bilənlər də var
Düz deyir dəə, camaat üç minə maşın alır
Qarğa nə bilir zəfəran nədi
© 2016 'KIRPI.INFO'. Saytdaki materiallardan istifadəyə yalnız redaksiyayla əvvəlcədən razılıq əldə olunduğu halda icazə verilir. Bütün karikaturalar və mətnlərin müəlliflik hüququ qorunur