Mətn
Şəkil
Video
Heyvan dərisindən hazırlanan ən bahalı geyimləri dünyanın ən mədəni ölkələri istehsal edir və bu geyimlərin alıcıları dünyanın mədəni cəhətdən geri qalan ölkələridir.
Hər xalqın öz musiqisi, rəqsi, ədəbiyyatı olduğu kimi, öz damaq dadı da var. Ancaq bu, fəst fud deyilən qida məhsulları peyda olana qədər belə idi.
Dünyanın inkişaf etmiş ölkələrində həkim qıtlığı var, maaşlar yüksək olsa da həkim tapılmır, çünki müasir tibb elminin verdiyi bilikləri mənimsəmək artıq hər yoldan ötənin hünəri deyil.
Eyni hadisəyə ənənəvi iki baxış var; kişi və qadın baxışı. Qadınlar daha çox hadisənin səbəbi ilə maraqlanırlar, kişilər isə hadisədən sonra ola biləcəkləri fikirləşirlər.
Nə yazıq ki, dünyada hökm sürən siyasi, dini xaosun çanağı dünyaya bir dəfə gəlmək şansı qazanmış sadə insanların başında çatlayır.
Nə üçün bizdə kitab oxuyan adama hörmət yoxdur? Kitabxana mədəniyyəti dedikdə səssizliyə gömülmüş kitab qəbiristanlığı nəzərdə tutulur?
Təhlükəni gözləmək təhlükənin özündən daha qorxuludur və canlı aləm yaşamaq üçün əldə etdiyi bütün üstünlüklərə görə güman olunan təhlükələrə borcludur.
Deyir, gec tez hər şey özünə qayıdır, bu təsbit həyatın özü üçün də keçərlidir. Belə getsə, bir də gördün Afrikadan yola çıxan həyat işıqpulunun, qazpulunun əlindən yenidən Afrikaya qayıtdı.
Dünyada elə bir insan yoxdur ki, əli çörəyə çatandan sonra asan pul qazanmaq haqqında düşünməsin və asan pul qazanmaqdan ötrü ən çətin yollara baş vurmasın.
Nur anlayışı dində vacib, ilahiyə bağlılığın ən təbii təzahürü kimi səciyyələndirilir, amma nədənsə. ən qatı dindarların üzündən, sözündən həmişə qəzəb, nifrət, kin tökülür.
Çox adam hələ də belə hesab edir ki, ağıl dişin çıxması ağılın artdığına dəlalət edir, yəni bu dişin çıxdısa, vəssalam, deməli, ağıl dəryasısan.
Milyonlarla, bəlkə də, milyardlarla insan var ki, dünyada gedən proseslərdən, sadəcə, xəbərləri yoxdur və bu cür insanlar bütün dövrlərdə yaşayıblar.
İlham Əliyev Hərbi Qənimətlər Parkında
Vaxtında maskadan düzgün istifadə etsəydik, gigiyenamıza əməl edib, sosial məsafə saxlasaydıq indi bəlkə də tamamilə maskadan azad ola bilərdik deyə düşünürəm.
Avropa Məhkəməsi bəraət qazandırsa verilən təzminatla bir sürü toyuq ala bilər
İrağ olsun, içəridə ömürlük qalmağı özünə xoşbəxtlik bilənlər də var
Düz deyir dəə, camaat üç minə maşın alır
Qarğa nə bilir zəfəran nədi
© 2016 'KIRPI.INFO'. Saytdaki materiallardan istifadəyə yalnız redaksiyayla əvvəlcədən razılıq əldə olunduğu halda icazə verilir. Bütün karikaturalar və mətnlərin müəlliflik hüququ qorunur