Mətn
Şəkil
Video
Dünyada sahibsiz heyvanların belə müalicə olunduğu bir vaxtda bəzi gözünü pul örtmüş həkimlərimiz kasıb, yiyəsi olmayan xəstələri əcəlin ümidə buraxması bir başqa cəhalət.
O yerdəki insanlar hələ də günah və axirət məhkəməsi anlayışları ilə yaşayırlar, o yerlərdə tanrı hələ öz yerini mədəniyyətə verməyib.
Dünyada açıq və gizli şəkildə bir kasta sistemi mövcuddur ki, mənşəyini allaha bağlayırlar, varlılar kasıblara deyir ki, bizi allah varlı, sizi kasıb yaradıb.
Bu dünyada hər bir insan bir Cırtdandır, şans Cırtdan kimi hər bir insanı da son anda seçim qarşısında qoyur; ya işıq gələn tərəfə getməlisən, ya it hürən tərəfə.
Mətbuatda belə xəbərlər yayılır ki, yadplanetlilər bizim həyatımızı öyrənmək üçün tez-tez yer üzünə gəlirlər, ancaq bizim haqqımızda nə fikirdədirlərsə, utandıqlarından hələ özümüzə demirlər.
Deyir, tibbdə utanmaq yoxdur, amma bunu bəzi xəstələr kimi, bəzi həkimlər də başqa cür başa düşürlər, utanmadan xəstənin dilindən əvvəl əlinə baxırlar.
Kimi sənətə dolu ürəyini boşaltmaq üçün gəlir, kimi də boş ürəyini doldurmaq üçün. Elələri də var ki, sadəcə, ürəyinin olduğunu sübut etmək üçün gəlib keçir yuxarı başa.
Dünyanın nisbətən mədəni ölkələrində əhali metroda, avtobusda, parklarda kitab, qəzet oxuyur, amma bizdə belə yerlərdə kitabı olan da utandığından gizləyir.
Zaman bəzən ona ayaq uydura bilməyənləri özü asta-asta sıradan çıxarır; istər heyvan olsun, istər bitki, istər insan olsun, istər xalq.
Başqa ğlkələrdə polisi, həkimi uşaqlara onların keşiyini çəkən xeyirxahlar kimi təqdim edirlər, biz də isə uşağı polislə, həkimlə qorxudurlar.
Nağıllarda, adətən, sevgini sehr və möcüzə əvəz edir, ancaq həyatda elə deyil.
İnsanlar hər yerdə keyfiyyət axtarırlar, elm adamları ixtiralarda, sənət adamları yaradıcılıqda, məişət adamları da gündəlik həyat hadisələrində.
Gələn dəfə qar yağanda, birdən birə hürkütməyin, xahiş edirəm.
Yəqin ki, hər dövrdə, hadisələri belə hekayələşdirən, özündən "hoqqa" çıxardanlar olub
Qar, yağdığına peşman oldu
Avropa Məhkəməsi bəraət qazandırsa verilən təzminatla bir sürü toyuq ala bilər
İrağ olsun, içəridə ömürlük qalmağı özünə xoşbəxtlik bilənlər də var
Düz deyir dəə, camaat üç minə maşın alır
Qarğa nə bilir zəfəran nədi
© 2016 'KIRPI.INFO'. Saytdaki materiallardan istifadəyə yalnız redaksiyayla əvvəlcədən razılıq əldə olunduğu halda icazə verilir. Bütün karikaturalar və mətnlərin müəlliflik hüququ qorunur