Mətn
Şəkil
Video
Tarif Şurası əhaliyə satılan işığın və qazın qiymətini qaldırıb və elə qaldırıb ki, hər bir evdə ailədaxili islahatlara rəvac verib.
Dünyada hər şey öz başlanğıcını erkək-dişi münasibətlərindən alır; din, əxlaq, siyasət, elm, sənət. Ona görə də ortaya problem çıxanda hamı başlanğıca, zata baxır.
Bir də var özündən işıq saçanlar, trasformatora, generatora, günəşə, aya ehtiyacı olmayanlar, ən azı, öz qaranlığını özü işıqlandıranlar.
Bütün ticarət qanunları alverin mədəni forması olan elçilikdə də işləyir; burada da alan istəyir ki, ucuz alsın, satan istəyir ki, baha satsın.
Elə bir sevgi, ülvi duyğu yoxdur ki, hərlənib-fırlanıb gəlib qarında ilişməsin, elə bir qarın da yoxdur ki, sevgiylə, ülvi duyğuyla doysun.
Alimlər deyir ki, həyat suda yaranıb, sonra üzməkdən bezib sürünə-sürünə quruya çıxıb. Hardasa məntiq var, çünki indi də sürünməkdən bezib uçmaq, ayrı planetə köçmək istəyir.
Doğuşpulu, pamperspulu, baxçapulu, süpürgəpulu, imtahanpulu, diplompulu, işədüzəlməpulu, dondurmapulu, xonçapulu, aşpulu, supulu, qazpulu, işıqpulu, liftpulu...
Bizdə oxu mədəniyyəti niyə yalnız təhsil prosesi kimi başa düşülür? Niyə təhsil kitablarından kənarda çoxları kitab oxumağı boş vaxt itkisi hesab edir.
Xidmət sektorunda şəxsi tanışlıqların əhəmiyyətli rol oynaması cəmiyyətdə qarşılıqlı inamsızlığın nəticəsidir.
Elm sübut edir, amma inandıra bilmir, din isə inandırır, amma sübut edə bilmir. Nə vaxtsa elm inandırıb, din subut eləsə dünya cənnət olacaq.
Texnologiyaların inkişafı getdikcə insanı yazı mədəniyyətindən uzaqlaşdırır, elektron məktublara qoyulan hərf limitindən əlavə, insanlar özləri də sözləri kiçildərək yazırlar.
İnsanın başına nə gəlirsə, qarnının ucbatından gəlir, ya yeməyə heç nə tapmayıb acından ölür, ya da tapanda o qədər yeyir ki, burnundan gəlir.
Gələn dəfə qar yağanda, birdən birə hürkütməyin, xahiş edirəm.
Yəqin ki, hər dövrdə, hadisələri belə hekayələşdirən, özündən "hoqqa" çıxardanlar olub
Qar, yağdığına peşman oldu
Avropa Məhkəməsi bəraət qazandırsa verilən təzminatla bir sürü toyuq ala bilər
İrağ olsun, içəridə ömürlük qalmağı özünə xoşbəxtlik bilənlər də var
Düz deyir dəə, camaat üç minə maşın alır
Qarğa nə bilir zəfəran nədi
© 2016 'KIRPI.INFO'. Saytdaki materiallardan istifadəyə yalnız redaksiyayla əvvəlcədən razılıq əldə olunduğu halda icazə verilir. Bütün karikaturalar və mətnlərin müəlliflik hüququ qorunur